Cəmiyyət

Kahramanmaraşda 12 fərqli nöqtədə əməliyyatlar aparan Azərbaycanın xilasediciləri – FOTO

Sharing is caring!

Bu gün Türkiyədə baş vermiş zəlzələdən səkkiz gün ötür.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, fevralın 6-da təbii fəlakətlə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) ilk 420 əməkdaşı bir gün sonra axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

Hazırda Azərbaycanın 760 xilasedicisi Kahramanmaraş şəhərində qruplar şəkilində axtarış işlərini həyata keçirir.

Belə ki, onlar 12 fərqli nöqtədə xilasetmə işləri aparır. Həmin bu tədbirlər 3 növbəli sistem şəkildə həyat keçirilir.

Hazırda xilasedicilər binaların dağıntıları altında qalmış yerlərindən insanların canlı və cansız bədənlərini çıxarmağa çalışırlar.

Gün ərzində FHN-in əməkdaşları dağıntılar altından 11 sağ insan, 20-yə yaxın isə meyit çıxararaq aidiyyəti üzrə təhvil verib.

Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, indiyədək Azərbaycan xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 613 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Türkiyədə zəlzələ nəticəsində azı 31 643 nəfər ölüb, 80 278 nəfər yaralanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir