Cəmiyyət

Saatlıda minik avtomobili yanıb

Sharing is caring!

Saatlı rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Dəlilər kəndində ümumi sahəsi 48 m² olan qarajın dam örtüyünün yanar konstruksiyaları 24 kvadratmetr sahədə və içərisində “QAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Qarajın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir