Cəmiyyət

Gəncədən yardım karvanı Türkiyəyə yola salındı – FOTO

Sharing is caring!

Türkiyədə zəlzələdən zərər çəkmişlərə dəstək məqsədilə toplanan yardımlar Gəncə şəhərindən 7 TIR tipli yük maşını ilə yola düşüb.

“Report”un məlumatına görə, fevralın 6-da Türkiyə Cümhuriyyətinin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədi ilə Azərbaycanın digər bölgələrində olduğu kimi Qərb bölgəsində də yardımlar toplanılır və Türkiyəyə göndərilir.

Bu gün bu məqsədlə toplanan yardımlar Gəncə şəhərindən ilk dəfə olaraq 7 TIR tipli yük maşınlarla Türkiyəyə yola sanılıb.

Qeyd edək ki, Gəncə şəhərinlə yanaşı Naftlan və Şəmkirdən də toplanan yardımlar da bu gün göndərilən kərvanla yola salınıb.

Göndərilən ləvazimatlar isə, əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, ədyallar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar və digər zəruri əşyalardır.

Hümanitar yardımlar davam etdirilir və Gəncə şəhərlərindən növbəti yardım kərvanın sabah yola salınması nəzərdə tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir