Dünya

Qızıl Aypara Cəmiyyəti “Əş-Şifa” xəstəxanasından təxliyə edilənlərin sayını açıqladı

Sharing is caring!


Fələstinin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağındakı “Əş-Şifa” xəstəxanasından 190 yaralı və xəstənin, habelə onları müşayiət edənlərin və tibb işçilərinin təxliyə olunduğunu bildirib.

Təxliyə prosesində 14 qəza-xilasetmə maşını və BMT-nin iki avtobusu iştirak edib. Təxliyə edilən vətəndaşlar Xan-Yunisdəki (Qəzza zolağı) Avropa Xəstəxanasına və Rəfahdakı “Əbu Yusif ən-Nəccar”a çatdırılıblar. Qurumun məlumatına görə, bununla belə bir çox digər yaralılar və xəsarət alanlar tibb işçiləri ilə birlikdə xəstəxanada qalıb.

Təxliyə təxminən 20 saat davam edib, çünki Qəzzanın şimalı ilə cənubu arasındakı nəzarət-keçid məntəqəsində hərtərəfli axtarış aparılıb. Bundan başqa, nəzarət-keçid məntəqəsində üç tibb işçisi və bir müşayiətçi saxlanılıb. Daha sonra təcili yardım işçilərindən biri istisna olmaqla, digərləri buraxılıblar.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir