Prezident İlham Əliyev “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2023-cü il yanvarın 1-nə 2022-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2023-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb.
Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyada terrorçuları məhv edib. XəbərAl.az xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, “Barış pınarı” əməliyyat zonasında PKK/YPG terror qruplaşmasının 6 terrorçusu məhv edilib. Bildirilir ki, terrorçular əməliyyat zonasına hücum etməyə hazırlaşarkən zərərsizləşdiriliblər.
Bu gün mediamızı susdurmaq üçün dəridən, qabıqdan çıxanların böyük əksəriyyəti Qarabağ probleminin arxasında gizlənərək xalqı və dövləti talamaq yolu ilə milyonlara sahib olanlardır.Artıq Qarabağ problemi yoxduq. Bu səbəbdən də bir çox pərdələr qalxdıqca, kimin, kim olduğu ortaya çıxacaq. Məmurları narahat edən də budur.Dövlətdən və xalqdan taladıqları milyonlar hesabına Ərəb şeyxləri kimi yaşamağa adətkar olan talançı məmurlar çetesi, artıq onların da sonunun çatdığını hiss edərək, daha da azğınlaşıblar və öz əməllərini ört-bastır etmək üçün medianı susdurmağa çalışırlar. Azərbaycan məmurları heç cür anlamaq istəmirlər ki, 30 il davam edən bir münaqişəni Ali Baş Komandan 44 günə həll etdisə, onların bəd əməllərinin də qarşısını az bir müddətdə ala bilər. Sadəcə, məmurların erməni olmadıqlarını (bəlkə də er…) düşünərək, onların haqq yoluna gəlmələrini gözləyir. Səbr kasası daşdığı zaman həmin “Dəmir yumruq” “Demokl qılıncı” kimi, məmurların da başları üzərində görünəcək və ondan heç kim qurtula bilməyəcək.Prezident dəfələrlə çıxışlarında vurğulayıb ki, jurnalistlər mənim dostlarımdır, bilmədiyim bir çox şeyləri onların yazılarından öyrənirəm. Hesab edirəm ki, bu gün MİA da ilk növbədə prezidentə doğru-dürüst informasiya çatdıra biləcək media qurumları ilə işləməlidir. Çünki yalan yazan jurnalistlərlə məmurların heç bir fərqi yoxdur. Bunların hər ikisi reallığı prezidentdən gizlətməklə, ona “ayı xidməti” göstərmiş olurlar.Onu da qeyd etmək istəyirəm ki, öz fəaliyyəti dövründə dövlətə və xalqa qüsursuz xidmət göstərən məmur, heç zaman medianı susdurmaq üçün canfəşanlıq etməz. Medianı susdurmağa çalışan o məmurlardır ki, sözləri ilə əməlləri daban-dabana ziddir. Əgər biz Azərbaycan cəmiyyətinin inkişafını, xalqın rifahının yüksəlişini istəyiriksə, cəmiyyətin güzgüsü olan mediaya imkan verməliyik ki, düzü-düz, əyrini-əyri izhar edə bilsin. Buna qarşı gələn hər kəs, kimliyindən, vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmay araq, qanun qarşısında öz əməllərinə görə cavab verməlidir. “Prezidentin etimad göstərdiyi məmur” ifadəsi, heç zaman onun qanunsuz əməllərinin ört-basdır edilməsi üçün meyar olmamalıdır. Bir şeyi anlamaq lazımdır ki, prezident etimad göstərmədiyi bir kimsəni vəzifəyə təyin etmir. Ən əsası, onun həmin vəzifədə ozünü necə aparmasıdırBaşqa bir məsələ, məmurların cinayət əməllərindən yazan jurnalistlərin peşəkarlığının şübhə altına alınmasıdır.Yazımı belə başlamağın səbəbi var.Keçək mətləbə…Media gündəmini zəbt edən Sumqayıtın icra başçısı Zakir Fərəcov və sahibkarlar arasında olan borc qalmaqalı haqqında yazıb araşdırıb,icyimayyətə biz təqdim etmdən yorulduq,amma aidiyyatı qrumlar buna bir reaksiya vermir ki,vermir.Camaatda yorulub,bəlkədə artıq heç oxumaq istəmirlər.Ona görə yox ki,maraqlı deyil,maraqlı ola bilərdi o vaxt məsələ jurnalist araşdırmalarından sonra həllini […]
Böyük Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem civədən zəhərlənib. XəbərAl.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb sənətçinin bu yaxınlarda başladığı pəhriz səbəb olub. Belə ki, balıq pəhrizinə başlayan Viktoriya bir müddət sonra özünü pis hiss etməyə başlayıb. Bununla bağlı həkimə müraciət edən müğənninin civədən zəhərləndiyi məlum olub. Belə ki, onun qida rasionuna əlavə etdiyi […]