Dünya manset

General Başbuğ: “Əsəd cənubdan, biz şimaldan gəlirik…”

Sharing is caring!

“Sülh çeşməsi” əməliyyatı çətin idi. Bizim heç bir tərəddüdümüz yox idi. Əməliyyatın nəticəsinin faydası varmı? Sözsüz ki, var!

XəbərAl.az  xəbər verir ki, bu sözləri Türkiyənin sabiq Baş Qərargah rəisi, general İlkər Başbuğ deyib.

General bildirib ki, Türk Silahlı Qüvvələri “Sülh çeşməsi” əməliyyatı sayəsində terror dəhlizini parçalayıb: “İraq modelinin Türkiyədə tətbiq edilməsi ehtimalı aradan qalxdı. Bu, böyük uğurdur. Ancaq əsas problemimiz YPG/PYD-ni terror təşkilatı kimi qəbul etdirə bilməməyimizdir. Suriya rejimi cənubdan, siz şimaldan gəlirsiniz. Bu faktiki YPG-nin bitirilməsi deməkdir. Ancaq YPG-nin bitirilməsini nə Rusiya, nə də ABŞ arzu edir”.

General ABŞ Konqresinin aşağı palatasının saxta erməni soyqrımı haqda qanun layihəsi qəbul etməsinə də münasibətini ifadə edib: “Soyqrımının olduğunu deyə biləcək yeganə ünvan məhkəmədir. Bu, açıq və netdir. Digər Avropa ölkələri parlamentləri saxta soyqrımı təsdiq edən qərarlar vermədimi? Sonunda Konqresin Təmsilçilər Məclisində belə bir qərar verilib. Bu barədə qışqırmaq lazımdır. Siz bu movzuda səlahiyyət sahibi deyilsiniz. Bunun soyqrım olmasını iddia edə bilmək üçün qarşı tərəfin dövlətinin bu hadisənin planlaşdırıldığı və icra olunduğuna dair fakt və dəlilləri ortaya qoyması lazımdır. Nə parlamentlər, nə də siyasətçilər bu hadisəni soyqrımı kimi təqdim etmək səlahiyyətinə malik deyil. Bu mövzuda yalnız məhkəmə qərar verə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir