Cəmiyyət

Sahibsiz it Şəki sakininə hücum edib

Sharing is caring!

Şəkidə sahibsiz it 57 yaşlı kişiyə hücum edib.

APA xəbər verir ki, bu gün günorta saatlarında rayonun Kiçik Dəhnə kənd sakini, 1966-cı il təvəllüdlü Laçın Rəsul oğlu Adamova yaşadığı kəndin ərazisində sahibsiz it hücum edərək onun sol aşağı ətrafının bud nahiyəsinə xəsarət yetirib.

Laçın Adamov Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət edib, ona lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir