Dünya

ABŞ Senatı Türkiyəyə “F-16”ların satışına dair mövqeyini dəyişdi

Sharing is caring!


“F-16” qırıcılarının Türkiyəyə satışının qəti əleyhinə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez yeni açıqlama ilə çıxış edib.

O bildirib ki, hazırda ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Prezident Administrasiyası ilə danışıqlar aparır və gələn həftə ərzində “F-16” qırıcılarının Türkiyəyə satılması ilə bağlı qərar verilə bilər.

Lakin Robert Menendez bu məsələnin Ankaranın İsveçin NATO-ya üzvlüyünə razılıq verməyi ilə bağlı olub-olmadığı məsələsinə aydınlıq gətirməyib.  

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunun ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə razılıq verib.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir