Siyasət

MSK rəsmisi: “Bəzən vətəndaşlar emosiyalara qapılıb əsassız şikayət səsləndirirlər” – FOTO

Sharing is caring!


“Vətəndaşların şikayətlərinin bəzən ciddi əsaslara söykənmədiyinin şahidi oluruq. Onlar hərdən emosiyalara qapılıb əsassız şikayət səsləndirirlər”.

Oxu.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminarda deyib. O qeyd edib ki, prezident seçkilərində MSK-ya daxil olan şikayətlər çox az olur:

“Buna görə, prezident seçkiləri ekspert qrupunun iş yükünün ən az olduğu seçki prosesidir.

Vətəndaşlar bəzən dairə seçki komissiyalarının (DSK) onların şikayətlərinə baxmadığı haqqında fikirlər səsləndirirlər. Biz bunu araşdıranda fərqli məqam ortaya çıxır. Belə addımların məqsədi aydındır. Vətəndaş DSK-nın qərarını alsa da, əsassız adlandırıraraq, daha böyük problem yaratmağa çalışır. Bu prosesdə sadəlüvhlüyə, tələskənliyə yol vermək lazım deyil”.

Daha çox foto burada: PhotoStock.az

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir