Dünya

Ukrayna yenidən əks-hücumda: Azərbaycanlılar yaralandı – VİDEO

Sharing is caring!


Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çadırıb.

O bildirib ki, son günlər Ukraynanın bütün vilayətləri yenidən kütləvi hava hücumlarına məruz qalır:

“Təkcə ötən gecə Ukrayna səmasına 45-ə qədər dron buraxılıb. Onlardan 34-ü hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib”.

Həmçinin qeyd edilib ki, Rusiya Ordusunun əsas hədəfi hələ də enerji mənbələridir.

“Bir neçə gündür Kiyev də daxil olmaqla, ölkənin bir çox yerində elektrik enerjisinə qənaət edilməyə başlanıb. Bir neçə yerdə artıq polislər işıqforları əvəz edir”, – deyə jurnalist əlavə edib.

M.Aslanovun sözlərinə görə, Ukrayna Ordusunun Zaporojyedə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Melitopol və Tokmak istiqamətlərində irəliləyiş əldə olunub.

Bildirilib ki, Ukraynaya endirilən hava zərbələri nəticəsində yaralananlar arasında Donetsk və Xerson vilayətlərində yaşayan azərbaycanlılar da var.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir