Cəmiyyət

Milli park ərazisində brakonyerlərə məxsus qayıqlar və qanunsuz ov alətləri aşkarlanıb – FOTO

Sharing is caring!

Qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə Qızılağac Milli Parkının ərazisində növbəti nəzarət tədbirləri keçirilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Oxu.Az-a bildirib ki, xidmətin və milli parkın əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın daxili su hövzələrində brakonyerlərə məxsus 5 ədəd qayıq aşkar edilib, ərazidən 960 metr uzunluğunda sintetik tor və 272 ədəd qanunsuz ov aləti götürülüb.

 “Xüsusi mühafizə olunan təbiət ərazilərində ov hallarının qarşısını almaq məqsədi ilə nəzarət tədbirləri davam etdirilir”, – deyə o qeyd edib. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir