Cəmiyyət

Nazirliyin ekspertindən vaksinlə bağlı AÇIQLAMA: “Mövsümü yoxdur, istənilən vaxt vurdurula bilər”

Sharing is caring!

“Peyvəndlərin mövsümü yoxdur və istənilən vaxt vurdurula bilər”.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin “Instagram” hesabındakı canlı yayımında nazirliyin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.

O bildirib ki, peyvəndləri zamanında vurdurmaq lazımdır:

“Bəzən deyirlər ki, yay aylarında peyvənd vurmaq olmaz. Bu, yanlışdır. Hər peyvəndin öz cədvəli var. Hər ayın, yaşın özünə müvafiq peyvəndi var. Zamanında vurulmasa, peyvəndin heç bir əhəmiyyəti qalmır. Məsələn, uşağa üç aylığında vurulmalı olan peyvəndi üç yaşında vururlarsa, o, müxtəlif xəstəliklərə yoluxa bilər. Odur ki, valideynlərə bu mövzuda gecikmələrini tövsiyə etmirəm”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir