Cəmiyyət

Xilasedicilərimiz Kahramanmaraşın Heydər Əliyev prospektində axtarış-xilasetmə əməliyyatları keçirirlər – FOTO

Sharing is caring!

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Bu barədə “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir.

Hazırda Azərbaycanın xilasediciləri Kahramanmaraş şəhərinin Heydər Əliyev prospektindəki binaların dağıntıları altında qalmış insanların çıxarılması əməliyyatlarını həyata keçirirlər.

Eyni zamanda əməliyyatlara FHN-in xüsusi təlim keçmiş itləri də cəlb edilib.

Qeyd edək ki, ötən gün ərzində Azərbaycan FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş şəhəri ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir