Cəmiyyət

BMT minalarla bağlı fövqəladə hallara cavab qruplarının hazırlanmasında ANAMA-ya dəstək göstərəcək

Sharing is caring!

“Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) minaları və partlamamış hərbi sursatları (PHS) aşkar etmək və məhv etmək üçün fövqəladə hallara cavab qruplarının hazırlanması, təchiz edilməsi və yerləşdirilməsində ANAMA-ya dəstək olmağı nəzərdə tutur”.

“Report” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros fevralın 7-də Şuşada BMTİP və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən konfransda deyib.

“Bundan əlavə, biz minaların aşkarlanması üçün xəritələrin işlənib-hazırlanması, minatəmizləmə avadanlığının, itlərin və siçovulların alınması, yaxşı təlim keçmiş və təchiz olunmuş, gender baxımından inklüziv qrupların yaradılması, mina tədqiqatının aparılması, habelə maarifləndirmə materiallarının hazırlanması və rəqəmsal kanallar vasitəsilə PHS-ə dair məlumatlandırma mesajlarının yayılması sahəsində tədbirlər görəcəyik”, – o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir