Dünya

Şamil Ayrım: “Xilasetmə tədbirləri istədiyimiz kimi getmir”

Sharing is caring!

 “Zəlzələ bölgəsində xilasetmə tədbirləri istədiyimiz kimi getmir”.

Bu sözləri Oxu.Az-a Türkiyədə baş verən zəlzələ haqqında danışarkən Türkiyə Böyük Millət Məclisinin deputatı, Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib. O qeyd edib ki, zəlzələ bölgəsindən kədərli xəbərlər alır:

“Zəlzələ bölgəsinə hələ gedə bilməmişəm. Yaxın zamanda insanlarımıza dəstək üçün orada olmağa çalışacağam. Amma mütəmadi əlaqə saxlayıram. Çox pis xəbərlər alırıq. İtkilərimiz, dağıntılar altında qalan vətəndaşlarımız çoxdur. Hava şəraiti də çox əlverişsizdir. Qar yağır. Xilasetmə tədbirləri arzuladığımız kimi getmir. Allah insanlarımızı qorusun”.

Qeyd edək ki, Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 3 432-yə, yaralıların sayı isə 21 103-ə çatıb.

Xatırladaq ki, Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir