Cəmiyyət

Goranboyda qanunsuz saxlanılan ov silahları müsadirə edildi – FOTO

Sharing is caring!

Goranboyda qanunsuz ov silahları müsadirə edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Keçirilən müvafiq tədbirləri nəticəsində 10-a yaxın sakindən müvafiq sənədləri olmayan, müxtəlif markalı və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.

Silah sakinləri ilə profilaktiki söhbət aparılıb, barələrində inzibati tədbir görülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir