Bölgə Cəmiyyət

SUQOVUŞANIN AZAD EDİLMƏSİ ŞANLI QƏLƏBƏMİZİ TƏMİN ETMİŞ UĞURDUR

Sharing is caring!

Azərbaycan prezidenti cənab İlham Əliyev azad olunmuş ərazilərə həm əvvəlki, həm də son səfərində öz hiss və emosiyalarını çox, daha açıq büruzə vermişdir. Göstərmişdir ki, 2020-ci il 3 oktyabr tarixində Suqovuşan qəsəbəsi işğaldan azad edilmişdir. Bu strateji məntəqənin azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyətə malik olmuşdur. Qəsəbənin azad olunması çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurdur və əsgərlərimizin döyüş ruhunun yüksəlməsinin səbəbidir.
Suqovuşan qəsəbəsində, Talış kəndii ətrafında çox güclü istehkamlar qurulmuşdu, burada bir neçə müdafiə xətti təşkil edilmişdi, bütün strateji yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı bir gündə işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi xalqımıza əlavə güc verdi.
Suqovuşan qəsəbəsinin azad edilməsi nəticəsində əldə olunmuş üstünlüklər. Bu ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər və məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi;
Vətəndaşlarımız torpaqlarımızı azad edən oğulları heç zaman unutmur, canını bu yola fəda edənlərin xatirəsini əziz tutur. Ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Cənab Prezidentin müvafiq sərəncamı ilə şəhid ailələri və Qarabağ əlillərinin problemlərinin həlli ilə bağlı yerli icra hakimiyyəti orqanlarında müvafiq şöbə yaradılıb. Bu addım da onların sosial məsələlərinin həllinin daha çevik formada həll olunmasına xidmət edir.
Vasif Alıyev, Cəlilabad şəhər sakini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir