Cəmiyyət

Füzulidə elektromobillərin enerji doldurması üçün dolum məntəqələri quraşdırılacaq

Sharing is caring!

Füzuli şəhərində inşa edilən yeni rəqəmsal idarəetmə mərkəzinin yaxınlığında elektromobillərin enerji doldurması üçün dolum məntəqələri quraşdırılacaq.

Oxu.Az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.

A.Məmmədzadə bildirib ki, “Azərişıq” bütün yeni yarımstansiya və rəqəmsal idarəetmə mərkəzlərində sözügedən dolum mərkəzlərini yerləşdirəcək:

“Rəqəmsal idarəetmə mərkəzlərinin köməyi ilə elektrik enerjisi təchizatı prosesini abonentin sayğacına qədər nəzarətdə saxlamaq mümkündür. Artıq Şuşada da bu işləri asanlıqla həyata keçirə bilirik”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir