Cəmiyyət

Ağstafada iki minik avtomobili toqquşub: Xəsarət alanlar var

Sharing is caring!

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Saloğlu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 ilə digər minik avtomobili toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1988-ci il təvəllüdlü Pərviz Qurbanov və 1961-ci il təvəllüdlü Hüseyn Mustafayevdir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir