İdman

“Sumqayıt” klubu azarkeşlərə görə cərimələndi

Sharing is caring!


AFFA İntizam Komitəsi (İK) “Sumqayıt” klubunu azarkeşlərə görə cərimələyib.

AFFA-dan verilən məlumata görə, buna fanatların “Səbail”ə 1:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XVIII turunun matçında meydana kənar əşyalar atması səbəb olub.

Klub 800 manat ziyana düşüb.

İK “Qarabağ”ı da 700 manat cərimələyib. Ağdam təmsilçisinin 5 üzvü həmin turda “Zirə”yə 1:0 hesabı ilə qalib gəldikləri görüşdə sarı vərəqə ilə cəzalandırılmışdı.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir