Cəmiyyət

Azərbaycan Gəncləri Günü regionlarda qeyd edilib – FOTO

Sharing is caring!

2 fevral tarixi Azərbaycan gəncləri üçün olduqca əlamətdardır, çünki təqvimin bu günü onların günü – Azərbaycan Gəncləri Günüdür. İyirmi altı il bundan əvvəl ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edilib və o gündən bu günə qədər fevralın 2-də bu gün qeyd edilir.

Ondan bir il əvvəl isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda Birinci Gənclər Forumu keçirilib. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında olub.

Əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində bu gün ölkəmizdə xüsusi bacarıqları ilə seçilən sağlam, intellektual və zəngin dünyagörüşlü yeni nəsil yetişib. Məhz bu gənclik 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşərək, xalqımızın zəfərində böyük rol oynayıb.

Fəaliyyətində hər zaman gənclərin şəxsi inkişafı və karyera quruculuğuna xüsusi diqqət ayıran, onların vətənpərvər gənc kimi yetişməsini qarşısına məqsəd qoyan Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) ölkəmizin 55 şəhər və rayonunda fəaliyyət göstərən nümayəndəlikləri bu günü maraqlı, rəngarəng və özünəməxsus tərzdə qeyd edib.

İlk olaraq, region gəncləri günün banisi olan ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər, abidə önünə gül dəstələri qoyaraq, ulu öndəri bir daha dərin ehtiramla yad ediblər.

 Daha sonra 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə gənclərlə görüşlər keçirilib. Görüşlərdə günün əhəmiyyəti, dövlət gənclər siyasəti, region gənclərinin inkişafı haqqında müzakirələr aparılıb.

Regionlarda intellektual və idman yarışları, gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi, stolüstü oyunlar, veloyürüşlər və musiqili-əyləncəli proqram təşkil olunub.

Nümayəndəliklərin il ərzində keçirilən fəaliyyətlərində fərqlənən gənclər “İlin gənci”, “Ayın gənci” nominasiyaları üzrə mükafatlandırılıblar.

GİKM komandası olaraq, gənclərimizin xalqımıza, şanlı tariximizə, milli dəyərlərimizə sadiq qalacaqlarına, vətənimiz adına bir çox qürurverici uğurlara imza atacaqlarına əminik!

       Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir