Cəmiyyət

Bakı məktəbindən şagirdin 380 manatlıq gödəkçəsinin oğurlanmasına REAKSİYA – YENİLƏNİB + FOTO

Sharing is caring!


VII sinif şagirdinin gödəkçəsinin itməsi ilə bağlı məktəb rəhbərliyinə məlumat daxil olub. Bununla bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı şəhəri 120 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur.

“Pedaqoji Şuranın qərarına əsasən itən şagird əşyalarına məktəb cavabdehlik daşımır. Şagirdin valideyni də bu barədə tərtib olunmuş sənədi imzalayıb”, – deyə məktəbdən bildirilib.

12:28

Paytaxtın Zirə qəsəbəsi, 120 saylı tam orta məktəbdə oğurluq hadisəsi baş verib. 

Bu barədə iddialar baku.ws-in qaynar xəttinə daxil olub. 

Bildirilib ki, hadisə fevral ayında baş verib. Sözügedən məktəbdə 7-ci sinif şagirdi S.Heybətlinin gödəkçəsi təhsil ocağının foyesindən oğurlanıb. Valideyn iddia edir ki, belə hallar dəfələrlə başqa şagirdlərin başına gəlsə də, heç bir tədbir görülməyib:

“Hadisə beşinci gün baş verdiyindən, şənbə və bazar günü heç yerə demədim. Ayın 6-da isə polisə müraciət edib məktəbə məlumat verdim. Lakin bu günə qədər tədbir görülməyib. Sonra xəbər tutmuşam ki, məktəbdə xalça da oğurlanıb. Oğlumun oğurlanan gödəkçəsinin 380 manat qiyməti var idi, brend mağazaların birindən almışdım. Həmin məktəbdə oğurluq dəb halını alıb. Məktəbin yolundakı dükanların da təəssüf ki, təhlükəsizlik kamerasına baxan olmayıb. Məktəbin isə, ümumiyyətlə, təhlükəsizlik kameraları işləmir. Deməli, sabah daha ciddi hadisə baş versə, heç kəs cavabdeh olmayacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir