Cəmiyyət

Nurlu insan, xeyirxahlıq mücəssəməsi

Sharing is caring!

Gözəl ana, vəfalı ömür-gün yoldaşı, tibb elminə əvəzsiz töhfələr vermiş böyük alim -akademik Zərifə xanım Əliyeva! Bütün həyatı, ailəsi, fəaliyyəti örnək, nümunə olan şəxsiyyət! Vətənimizi, xalqımızın dəyərli övladı və rəhbəri, möhtərəm Prezidentimizin əziz anası! Eyni zamanda qadınlıq, zıriflik, möhtəşəmlik mücəssəməsi! Azərbaycan xalqı özünün belə istedadlı, şəxsiyyətləri, elm və mədəniyyət adamları, siyasi xadimləri ilə qürur duyur, onların xatirəsini daim dərin sevgi və ehtiramla yad edir. Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır.

Aprelin 28-də görkəmli oftalmoloq, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ili tamam olur. Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə xanım Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir.

Çağdaş müstəqil Azərbaycan dövlətinin memarı, Azərbaycan xalqının xilaskarı və Ümummilli lideri mövqeyinə yüksəlmiş Heydər Əliyevin bu uğurlu həyat və fəaliyyət yolunda, heç şübhəsiz, onun fədakar yoldaşı, sadiq sirdaşı olan Zərifə xanım Əliyevanın da özünəməxsus rolu vardı. Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında demişdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.”

Zərifə xanımın zəngin elmi irsi dünya oftalmologiyasıa mühüm töhfələr verib. Peşəsinin öncülü sayılan alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış, gözün oftalmoloji, histomikroskopik tədqiqi, klinik diaqnostika və s. sahələrdə dərin elmi araşdırmalar aparmışdır. Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkdən və ilhamla çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Zərifə xanım ilk növbədə həkim idi, bu peşəni çox uca tuturdu. Həkimi günəşə bənzədərək deyirdi: “Həkim insanlara günəş qədər lazımdır”.

Malik Məmmədov,

Cəlilabad rayon Şatırlı kənd

tam orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir