Cəmiyyət

İtkin düşən azərbaycanlı Fransada ölü tapıldı – FOTO

Sharing is caring!

Əslən Azərbaycandan olan Gürcüstan vətəndaşı Fransada ölü tapılıb.

30 yaşlı Qaracayev Elbrusun itkin düşməsi barədə 10 ay əvvəl xəbər yayılıb. Kvemo-Kartli bölgəsindən olan azərbaycanlı Fransanın qərbində yerləşən Nant şəhərində itkin düşüb. On ay ərzində ailəsi, dostları və yerli polis onun axtarışı ilə məşğul olublar.

Fransa polisi hadisə ilə bağlı 19-22 yaş arası altı nəfəri saxlayıb. Onlardan üçü qəsdən adam öldürməkdə, üçü isə avtomobil yandırmaqda ittiham edilir.

Şübhəlilərdən biri E.Qaracayevin meyitinin olduğu yer barədə məlumat verib. Ekspertiza meyitin üzərində çoxsaylı yara izi aşkarlayıb. Şübhəli şəxslər cinayəti törətdiklərini etiraf ediblər.

Mənbə: Rustavi-2

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir