Siyasət

İrandakı zəlzələdən zərər görən soydaşlarımız üsyan etdilər – VİDEO

Sharing is caring!

İranın Xoy şəhərində baş verən zəlzələdən sonra soydaşlarımız dövlət tərəfindən onlara lazımi yardımın olmadığından şikayət edirlər.

Bununla bağlı yayımlanan videoda onlardan hansı ehtiyaclarının olduğu, hansı çətinliklərlə qarşılaşdıqları öyrənilib.

“Dövlət hələ ki bizə yardım etməyib. Dövlətdən bizə ancaq 3-4 ədəd çadır gəlib çatıb. Yenə də Təbriz və Təbrizətrafı ərazilərdən, Ərdəbildən bizə köməklik göstərilir. Vəziyyətimizi də görürsünüz, ocaq qalayıb ətrafında oturmuşuq, qorxumuzdan çadırlara da girə bilmirik. Üstəlik, çadırlar da soyuqdur, orada nə edə bilərik? Əlimizdən heç nə gəlmir”, – deyə sakinlər narahatlıqlarını ifadə ediblər.

Ətraflı süjeti təqdim edirik:

Mənbə: İran “Telegram” kanalları

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir