Cəmiyyət

Azərbaycanda yük avtomobillərinin ehtiyat hissələrinin idxalı gömrük rüsumundan azad edilə bilər

Sharing is caring!

Azərbaycanda aqrotexnika və orta və ağır tonnajlı yük avtomobillərinə tələbatı nəzərə alaraq onların ehtiyat hissələrinin idxalının gömrük rüsumundan azad olunması istiqamətində işlər aparılır.

“Report” xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev qurumun 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

“Bununla bağlı İqtisadiyyat Nazirliyinin müsbət rəyi var. Hazırda bu istiqamətdə Dövlət Gömrük Komitəsi ilə iş aparılır. Düşünürük ki, yaxın zamanda orta və ağır tonnajlı yük avtomobillərinin ehtiyat hissələrinin idxalının gömrük rüsumundan azad edilməsi baş verəcək”, – deyə Agentlik rəhbəri əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir