Dünya

Bir neçə Avropa ölkəsinin İstanbuldakı konsulluqları bağlandı – FOTO

Sharing is caring!

Almaniya, Böyük Britaniya və Niderlandın İstanbulda yerləşən konsulluqları bu gün təhlükəsizlik səbəbi ilə bağlanıb.

Almaniyanın İstanbul Baş Konsulluğunun “gk.istanbul” rəsmi “Instagram” hesabında verilən açıqlamada konsulluğun fevralın 1-də təhlükəsizlik səbəbilə bağlı qalacağı, viza və pasport prosedurlarının ləğv edildiyi qeyd edilib.

Taksimdə yerləşən konsulluğun girişində də bununla bağlı elan yerləşdirilib.

“Konsulluq bu gün bağlıdır. Bütün görüşlər ləğv edilib. Yeniliklərlə bağlı internet saytımızdan məlumat əldə edə bilərsiniz”, – deyə elanda qeyd edilib.

Konsulluğun qarşısında da təhlükəsizlik tədbirləri görülüb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir