Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC-yə aid Mədəniyyət evi acınacaqlı vəziyyətdədir – FOTO

Sharing is caring!

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində bir vaxtlar öz əzəməti ilə seçilən tarixi bina bərbad vəziyyətdədir.

Məsələ ilə bağlı PhotoStock.az tərəfindən paylaşılan fotolarda bunu açıq-aydın görmək mümkündür.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan qəsəbənin yeganə Mədəniyyət evi şəhid Zaur Qurbanovun adını daşıyır.

Binanın vəziyyəti və bu istiqamətdə hansı addımların atılacağı ilə bağlı dəqiqləşdirmə aparmaq üçün həm Mədəniyyət Nazirliyinə, həm də “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanladıq. 

Mədəniyyət Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən tarixi bina nazirliyin tabeliyində deyil. 

“Azərbaycan Dəmir Yolları” QSC-dən isə sorğumuza hələ də cavab verilməyib. 

Daha çox foto burada: PhotoStock.az

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir