Cəmiyyət

Şəmkirdə ev yanıb: Tüstüdən zəhərlənən var

Sharing is caring!

Şəmkirdə yanğın hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Kənd sakininə məxsus evdə anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, yanğın zamanı 1997-ci il təvəllüdlü Ramazan Namazov tüstüdən zəhərlənib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Samir İsayev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir