Cəmiyyət

Kirayə mənzildə faciə: İki fəhlə öldü, bir nəfər xəstəxanalıq oldu

Sharing is caring!

Abşeron rayonunda dəm qazı faciəyə səbəb olub.

APA xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

1960-cı il təvəllüdlü Yusifov Siyasət Mirzə oğlu və 1963-cü il təvəllüdlü Alıyev Kamil İsmayıl oğlu kirayə qaldıqları evdə boğularaq ölüblər.

Hələlik adı və soyadı bilinməyən üçüncü şəxs isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hər üç şəxs bina tikintisində çalışırlarmış. Onlar birgə kirayədə yaşayırmışlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir