Cəmiyyət

Xocalıda şirkət əməkdaşı qəzada öldü – FOTO

Sharing is caring!


Xocalıda evakuator qəza törədib.

Qafqazinfo.az xəbər verir ki, hadisə Mədətkənd ərazisində qeydə alınıb.

“175 Yükdaşıma və Evakuasiya” şirkətinə məxsus evakuator idarəetmədən çıxaraq ağaclara çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonun Mədətkənd kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Təyyar Əliyev “FOW Tiger VH” markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənarındakı meşə massivindəki ağaclara çırpılıb və nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir