Cəmiyyət

Həftəsonu Azərbaycanda 27,6 kiloqrama yaxın narkotik aşkarlanıb

Sharing is caring!

Həftəsonu Azərbaycanda aşkarlanan narkotik maddələrin çəkisi açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, yanvarın 28-29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 27,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 13 kiloqramdan artıq heroin, 10,5 kiloqrama yaxın marixuana, 4 kiloqram tiryək, həmçinin 325 qram metamfetamin və 1752 ədəd metadon və tramadol həbləri olub.

“Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”, – deyə məlumatda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir