Cəmiyyət

Naxçıvanda lotereya adı altında qadınları aldatmaqda şübhəli bilinən şəxslər saxlanılıb – FOTO

Sharing is caring!

Naxçıvan şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotereya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən ediliblər.

Bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Şamaxı rayon sakinləri – Səfər Əsədov və Namiq Əsədov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Araşdırmalarla onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək, əsasən də qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarının 100-500 manata satdıqları aşkarlanıb. Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur.

Faktla bağlı araşdırmalar davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir