Cəmiyyət

Şəkidə itkin düşən məktəbli Bakıda tapıldı

Sharing is caring!

Şəkidə itkin düşən məktəbli tapılıb. 

Oxu.Az-ın məlumatına görə, 10-cu sinif şagirdi Şəkidən Bakı şəhərinə gəlib və kirayə qalırmış. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov saytımıza məlumatı təsdiqləyib. 

O bildirib ki, yanvarın 14-də itkin düşən Şəki şəhər sakini, 2006-cı il təvəllüdlü Ramazan Hacıyevin yeri Bakı şəhərində müəyyən olunaraq ailəsinə təhvil verilib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir