Cəmiyyət

Keçmiş rektorun qardaşına vəzifə verildi

Sharing is caring!

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yeni təyinat olub.

“Unikal”ın əldə etdiyi məlumata görə, Əhməd Qulu oğlu Məlikov ADAU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Əhməd Məlikov Azərbaycan Texnologiya Universitetinin keçmiş rektoru Telman Məlikovun qardaşıdır. Telman Məlikov 2000-2013-cü illərdə Texnologiya Universitetinin rektoru işləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir