Cəmiyyət

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs HƏBS OLUNDU

Sharing is caring!

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yanvarın 8-də saat 14 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində dövlət qeydiyyat nişanının üzərinə örtük çəkilən “Mercedes” markalı avtomobil saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları tərəfindən sürücü, Bərdə rayon sakini Şamxal Qasımovun narkotik vasitənin təsiri altında olması müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 342.9, 327.3, 334.3 və 511-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. 

Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən, Ş.Qasımov 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir