Cəmiyyət

Həmkəndlisini söyüş üstündə bıçaqlayan şəxsə ağır cəza verildi

Sharing is caring!

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Həsənağa Məmmədovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə ötən il aprel ayının 26-da Siyəzən rayonu, Zarat kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Həsənağa Məmmədovla əkin sahələrini suvarmaq üstündə həmkəndlisi Nəzərəli Əsədovun (soyadı şərti) arasında mübahisə yaranıb. Bu zaman Nəzərəli onu söyüb. Daha sonra Həsənağa ona dörd bıçaq zərbəsi vurub.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Həsənağa Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb.

Qeyd: Həsənağa Məmmədov daha əvvəl narkotikə görə məhkumluq həyatı yaşayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir