Cəmiyyət

Yaşayış binasının damında yaranan təhlükəli hal aradan qaldırılıb – VİDEO

Sharing is caring!

Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasının damında bir neçə dəmir lövhənin yerindən qoparaq asılı vəziyyətdə qalıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.

Xilasedicilər dəmir lövhələri müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir