Cəmiyyət

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən kəskin hava şəraiti ilə əlaqədar sürücülərə TAPŞIRIQ

Sharing is caring!

Aidiyyəti qurumlar fəaliyyət sahələri ilə bağlı öhdəlikləri çərçivəsində kəskin hava şəraitinin müşahidə ediləcəyi günlər üçün görülən və görüləcək qabaqlayıcı tədbirlər barədə son məlumatları ictimailəşdirirlər.

Məsələ ilə bağlı Bakı Beynəlxalq Avtovağzal Kompleksinə də sorğu ünvanladıq. 

Bakı Beynəxalq Avtovağzal Kompleksinin mətbuat katibi Samir Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, qarlı və şaxtalı hava şəraitində şəhər və rayonlararası müntəzəm  sərnişindaşımada sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə qurum tərəfindən noyabr ayında daşıyıcı və sürücülərlə görüş keçirilib, qış fəslində hərəkətin səmərəli təşkili ilə bağlı tapşırıqlar verilib:

“Görüşdə yollarda qar yağması nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının olması diqqətə çatdırılıb, qəzaların baş verməməsi üçün nəqliyyat vasitələrinin şinlərini mövsümə uyğun sazlamaq, meteoroloji hava şəraitinə uyğun sürət həddi seçmək, nəqliyyat vasitələrinin xarici işıq cihazlarının və havalandırma sisteminin işlək vəziyyətdə olmasını yoxlamaq, həmçinin zərurət olmadan kəskin tormozlama hərəkətləri etməmək tövsiyə olunub”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, dekabrın 8-dən hava şəraiti dəyişəcək. Bəzi yerlərdə 15 dərəcəyədək şaxta müşahidə ediləcək.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir