Dünya

Rusiya millisinin keçmiş futbolçusu narkotik alverçisi oldu

Sharing is caring!


Futbol üzrə Rusiya millisinin sabiq müdafiəçisi Aleksey Buqayev Krasnodarda 495 qram mefedronla saxlanılıb.

42 yaşlı idman ustası gecə saatlarında polis tərəfindən saxlanılıb. Onun üzərində axtarış aparıblar və köynəyinin cibindən içində ağ toz olan bir paket tapıblar. Maddə ekspertizaya göndərilib və onun narkotik olduğu təsdiqlənib.

Onun barəsində xüsusilə külli miqdarda narkotik əldə etmə cəhdi ilə bağlı cinayət işi açılıb. Buna görə Buqayevi ömürlük həbs cəzası gözləyir. Həbs zamanı o müqavimət göstərib və buna görə əlavə olaraq, polisə itaət etmədiyi üçün onun saxlanılma müddəti yeddi gün artırılıb.

Aleksey Buqayevin atası İvan Buqayev oğlunun Krasnodarda saxlanıldığını təsdiqləyib, lakin onun günahsız olduğunu qeyd edib.

Qeyd edək ki, daha əvvəl Buqayevin ailəvi dostu futbolçunun qohumlarının onun günahkar olduğuna inanmadıqlarını və narkotiklə bağlı probleminin olmadığını demişdi.

Xatırladaq ki, Buqayev Moskvanın “Torpedo” komandasının məzunudur. O, doğma klubunun bazasında, Yuri Syominin əsas “Lokomotiv”ində, Valeri Nepomnyaşinin “Tom”unda oynayıb, sonra o, “Ximki”dən tranzitlə Qalitskinin “Krasnodar” komandasına keçib. 29 yaşında karyerasını başa vurduqdan sonra Kubanda məskunlaşıb və içki içib makulatura yığmaqla məşğul olub.

Mənbə: “Mash” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir