Cəmiyyət

Emin Əmrullayev: “Səhvə yol verməkdən qorxan, riskə getməyi sevməyən yanaşmalarla innovasiya etmək çətindir”

Sharing is caring!


“Səhvə yol verməkdən qorxan, riskə getməyi sevməyən yanaşmalarla innovasiya etmək çətindir. Səriştəli şəxs innovasiya edə bilər”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, şagird də sinifdə səhv edəndə bunun üzərində izah verib təhlil nəticəsində nəyəsə nail olmaq olur:

“Son dövrlər startaplarına, uğurlu layihələrinə baxsaq, görərik ki, bir qismi sadə bacarıq üzərində formalaşıb. Bu, satış bacarığıdır. İkincisi, məhsulu yaratmaqdır, bu isə, fundamental bacarıq tələb edir. Məhz səriştəli insanların formalaşması üçün fundamental bacarıqlar formalaşmalıdır”.

Nazir qeyd edib ki, əvvəlki 10 illə müqayisədə ali təhsil müəssisələri indi daha yaxşı mövqedədirlər:

“Azərbaycan universitetlərinin “Top-500”də olması arzuolunandır. Lakin bunun arxasında tədqiqatlar, özəl sektorla iş birliyi durur. Bu, birdən-birə olmur. Çünki beşillik nəticələrə baxılır. Növbəti üç-dörd ildə ən azı 3 universitetin “Top-800”ə düşəcəyini proqnozlaşdırırıq”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir