Cəmiyyət

Azərbaycanda donuz qripi aşkarlanıb?

Sharing is caring!

Son günlər sosial şəbəkələrdə insanlar donuz qripi ilə bağlı paylaşımlar edirlər. Belə ki, insanlar yüksək hərarətlə müşahidə edilən virusun donuz qripi olduğunu iddia edirlər.

Bu cür məlumatlar insanlar arasında narahatlıq yaradır.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, hazırda Azərbaycanda donuz qripi aşkar edilməyib.

Qeyd edək ki, son zamanlar dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla qonşu olan Rusiya və Ermənistanda donuz qripi geniş yayılıb.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir