Cəmiyyət

Yevlaxda avtomobil qəzası: Xəsarət alanlar var

Sharing is caring!

Yevlax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə Yevlax-Xanabad yolunda qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1990-cı il təvəllüdlü A.Ağayeva və 8 yaşlı qızı xəsarət alıb.

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir