Cəmiyyət

Bayram günlərində Şuşa və Laçında gözlənilən hava şəraiti açıqlanıb

Sharing is caring!

Şuşa, Kəlbəcər, Laçında hava şəraiti dekabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, axşam 3 dərəcə şaxta olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, dekabrın 31-də hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Yanvarın 1-də hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq.

Yanvarın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Yanvarın 3-də hava şəraitinin yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Yanvarın 4-də hava şəraitinin yağmursuz keçəcəyi, gecə və səhər duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir