İqtisadiyyat

Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında aparılan işlərlə bağlı 230-dan artıq müraciət daxil olub – FOTO

Sharing is caring!

“Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında aparılan işlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə 230-dan artıq müraciət daxil olub”. 

Oxu.Az-ın məlumatına görə, bunu müraciətlərin elektron idarəedilməsi sisteminin tətbiqinin bir illik yekunlarına dair keçirilən brifinqdə qurumun sədri Mirsalam Qəmbərov bildirib. 

Onun sözlərinə görə, həyata keçirilən layihələr zamanı kəsilən hər bir ağacın hesabatı aparılıb və dövlət səviyyəsində müzakirə olunub:

“İşğaldan azad edilən ərazilərdə bir neçə ekoloji komissiya yaradılıb. Həmin komissiyalar ekoloji problemlərin aradan qaldırılması üçün fəaliyyət göstərir”.

Sədr əlavə edib ki, artıq doqquz aydır elektron idarəetmə sisteminə keçid edilib:

“Bununla da bir sıra dövlət qurumları ilə elektron sistem vasitəsilə sənədləşməni təmin edirik”. 

Qeyd edək ki, bu il ölkədə həyata keçirilən tikinti layihələri ilə əlaqədar Dövlət Ekoloji Ekspertiza Agentliyinə 491 sənəd daxil olub.

“Global Photo Stock”un əməkdaşı tədbirdən görüntüləri lentə alıb.

Daha çox foto burada: Photostock.az

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir