İdman

Azərbaycan minifutbol millisinin dünya çempionatı üçün heyəti açıqlandı – SİYAHI

Sharing is caring!


Azərbaycan minifutbol millisinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Minifutbol Federasiyasından verilən məlumata görə, baş məşqçi Elşad Quliyev mundiala 16 oyunçu dəvət edib.

Onlardan səkkizi “Zirə”nin, səkkizi isə “Birbaşa Bakı”nın formasını geyinir. Yığmaya cəlb olunanlar arasında futbol üzrə Azərbaycan yığmasının sabiq oyunçusu Təmkin Xəlilzadə və futzal yığmamızın keçmiş kapitanı Rizvan Fərzəliyev də var.

Minifutbol millimizin heyəti: Davud Kərimi, Ağaseyid Qasımov, Tural Nərimanov, Rəvan Kərimov, Taleh Babayev, Mirkamil Əliyev, Seymur Məmmədov, Aleksandr Şemonayev (hamısı “Zirə”), Rizvan Fərzəliyev, Elvin Əlizadə, Cəfər Cəfərov, Mirmehdi Rzayev, Vəli Qafarov, Vüsal İsayev, Təmkin Xəlilzadə, Eşqin Tağıyev (hamısı “Birbaşa Bakı”).

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir