Dünya

SEPAH nümayəndəsi: “İran Hayfaya zərbələr endirə bilər” – FOTO

Sharing is caring!


İran İsrailin üçüncü ən böyük şəhəri olan Hayfaya zərbələr endirə bilər.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəis müavini Əli Fədavi Tehran Universitetində tələbələrlə görüşündə bəyan edib.

O, lazım gələrsə, İranın İsrailin şimalındakı liman şəhərini vuracağını bildirib və əmr verilərsə, bunu tərəddüdsüz yerinə yetirəcəyini deyib.

Əli Fədavi, həmçinin Vaşinqton – Təl-Əviv münasibətlərinə toxunaraq, ABŞ-nin İsraili öz təhlükəsizliyi üçün yaratdığını və təhlükə hiss edəcəyi təqdirdə onu asanlıqla qurban verəcəyini vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl İİR xarici işlər naziri Hüseyn Əmir-Abdullahian İranın Fələstin-İsrail münaqişəsində iştirakının mümkünlüyünü bəyan etmişdi.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir