Cəmiyyət

Bakıda minik və yük avtomobilləri toqquşdu: Ölən və yaralananlar var

Sharing is caring!

Bakı-Qazax şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şosenin Qaradağ rayonu ərazisinə düşən hissəsində – Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü Əsədullayev Emin Nadirşah oğlunun idarə etdiyi VAZ-21014 markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü E.Əsədullayev və sərnişin – 1993-cü il təvəllüdlü Şahbabayev Xanbaba Sübhan oğlu ağır bədən xəsarətləri alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Avtomobildə olan digər sərnişin (ad və soyadı dəqiqləşdirilir) hadisə yerində ölüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir