Cəmiyyət

Kəskin leykozdan əziyyət çəkən iki yaşlı Milayın anası: “O mənim tək övladımdır, itirməkdən qorxuram” – FOTO

Sharing is caring!

İki yaşlı Milay kəskin leykozdan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Səbinə Məmmədova məlumat verib.

O bildirib ki, övladı doğulandan bu xəstəlikdən əziyyət çəkir.

“Yoldaşımla mən ötən ilin may ayında avtomobil qəzasına düşdük. Qəza zamanı yoldaşım həyatını itirdi, mənim isə ayaq barmaqlarım amputasiya edildi. Yoldaşım həyatda olduğu müddətdə Milayın müalicəsini rahatlıqla edə bilirdik. Amma onu itirəndən maddi vəziyyətimiz də çətinləşib”.

Səbinə Məmmədova qızının sağalması üçün ilik nəqli əməliyyatı keçirməli olduğunu deyib.

“İlik nəqli əməliyyatı Türkiyədəki xəstəxanalardan birində həyata keçiriləcək. Əməliyyat üçün ümumilikdə 83 min manata ehtiyacımız var idi. Həmin məbləğin 75 min manatını toplasaq da, geridə qalan 8 mini toplamağa gücümüz çatmır. Milay mənim tək övladımdır, onu itirməyi düşünmək belə istəmirəm. Yardımsevər şəxslərdən mənim balama kömək etmələrini xahiş edirəm”.

Ailə ilə əlaqə: 050 345 50 48

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir