Cəmiyyət

Ləğv edilmiş bankın əmlakı hərraca çıxarılır

Sharing is caring!


Martın 27-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Dəmir Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi – Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Atamoğlan Rzayev küçəsi, 12N ünvanında, “Atəşgah” məbədinin yanında yerləşən, dəyəri 260 min manat olan 529,9 kvadratmetrlik qeyri-yaşayış sahəsindən gedir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir